• şənbə, 27 Aprel, 04:48
  • Baku Bakı 14°C

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu 3 kəndi YPG-dən alıb, Münbicə doğru irəliləyir - Fotolar

28.08.16 19:26 786
Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu 3 kəndi YPG-dən alıb, Münbicə doğru irəliləyir - Fotolar
Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif AzadSuriyaOrdusu növbəti hədəfi olan Münbic şəhərinə doğru irəliləyir.

AA-nın məlumatına görə, bunu bu gün "Reuters” agentliyinə açıqlamasında AzadSuriyaOrdusu tərkibində döyüşən Sultan Murad taborunun komandiri polkovnik Əhməd Osman bildirib.

Ə. Osman deyib ki, PKK-nınSuriyaqolu olan PYD-nin silahlı qanadı YPG Münbici hələ də tərk etməyib, əksinə, şəhərdə mövqelərini gücləndirməkdədir. Buna görə də AzadSuriyaOrdusu Münbicə doğru irəliləyir: "Allahın köməyi ilə bir neçə gün ərzində Münbici alacağıq”.

Qeyd edək ki, bu gün Türkiyə hərbi aviasiyası Amarna və Bir əl-Kusa kəndlərindəki YPG mövqelərinə zərbə endirib. Türkiyənin "Hürriyet” qəzeti isə günün ikinci yarısında AzadSuriyaOrdusunun Cerablus şəhərinin cənubunda, Münbic istiqamətində yerləşən Amarna, Bir əl-Kusa və Ayn əl-Bayda kəndlərinin YPG-nin nəzarətindən azad etdiyi barədə məlumat yayıb. QəzetAzadSuriyaOrdusunun döyüşçülərinin bu kəndlərdəki görüntülərini yayıb.





banner

Oxşar Xəbərlər