Türkiyənin Dənizli bölgəsində baş verən zəlzələ səbəbindən məktəblərdə tətil elan olunub
Türkiyənin Dənizli vilayətinin Acıpayam rayonunda 5,5 bal gücündə zəlzələ baş verib.
AZƏRTACxəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 09:34-də qeydə alınıb. Zəlzələ səbəbindən məktəblərdə tətil elan edilib.
Yeraltı təkanlar ölkənin İzmir, Aydın, Muğla, Uşak, İsparta, Burdur və Antalya bölgələrində də hiss olunub.