• cümə axşamı, 28 mart, 19:59
  • Baku Bakı 13°C

Türkiyənin daxili işlər naziri istefa verdi

24.12.13 14:19 1343
Türkiyənin daxili işlər naziri istefa verdi
Türkiyəni daxili İşlər naziri Müəmmər Gülər ölkədəki rüşvət qalmaqalından sonra ölkənin Baş naziri Rəcəp Tayyip Ərdoğana istefa ərizəsini təqdim etdiyini təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat verib.
M.Gülər bildirib ki, ölkədə başladılan rüşvət əməliyyatı 2014-cü il bələdiyyə seçkilərinin qarşısını almağa yönəlib. DİN rəsmisi onu da qeyd edib ki, övladı ilə bağlı ittihamlar doğru deyil və tez bir zamanda oğlunun təqsirsizliyi təsdiqlənəcək.
Xatırladaq ki, İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 52 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da olub. Bununla yanaşı, korrupsiya qalmaqalını araşdıran yüksək vəzifəli polis məmurları işdən azad edilib.
Daha sonra İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir və saxlanılan iş adamı Əli Ağaoğlu sərbəst buraxılıb
Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub. Həmçinin korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanır.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyədə korrupsiya qalmaqalında adı hallanan Fatih bələdiyyəsinin sədri Mustafa Dəmir həbsdən azad edilib. Həmçinin məhkəmənin qərarı ilə daxili işlər nazirinin oğlu Barış Gülər və iş adamı Rza Zərrab barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə həbs olunanlar arasında iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan da var.
banner

Oxşar Xəbərlər