• cümə, 29 Mart, 11:18
  • Baku Bakı 5°C

Türkiyənin baş naziri Niderlanda sərt cavab veriləcəyini bildirib

12.03.17 19:24 766
Türkiyənin baş naziri Niderlanda sərt cavab veriləcəyini bildirib
Türkiyənin baş naziri Binəli Yıldırım ölkənin ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kayanın Rotterdamdakı türk Baş konsulluğu ərazisinə buraxılmasına imkan verməyən Niderland hakimiyyətinin hərəkətlərini pisləyib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, o, Ankaranın cavab tədbirlərinin son dərəcə sərt olacağını bildirib.
"Biz Niderland hakimiyyətinin hərəkətlərinə qətiyyətlə etiraz edirik. Ankaranın cavab tədbirləri son dərəcə sərt olacaq. Türkiyəyə və diplomatik toxunulmazlığı olan nazirə təzyiq yolverilməzdir", — deyə baş nazir bildirib.
Binəli Yıldırım Rotterdamdakı hadisəni "böyük siyasi qalmaqal" adlandırıb.
O qeyd edib ki, Ankaranın məsələni yoluna qoymaqsəyləri nəticəsiz qalıb.
banner

Oxşar Xəbərlər