• çərşənbə axşamı, 23 aprel, 12:33
  • Baku Bakı 24°C

Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək

19.01.18 11:40 562
Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək
Yanvarın 19-dan 20-nə keçən gecə Türkiyənin Azərbaycandakı səfirliyində, Naxçıvan və Gəncədəki baş konsulluqlarında və Bakıdakı Türk Şəhidliyində bayraqlar yarıya qədər endiriləcək.
Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
"Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda aparılan mübarizənin dönüş nöqtəsi olan20 Yanvarqətliamı əsla unudulmayacaq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 28 il əvvəl canlarını bu yolda fəda edən şəhidlərimizi rəhmətlə anırıq və bu acı gündə qardaş Azərbaycanın kədərini paylaşırıq”, - deyə açıqlamada bildirilir.
banner

Oxşar Xəbərlər