
Türkiyənin axtarışa verdiyi şəxs Azərbaycanda həbs edildi
Cəmiyyət
26 Noyabr 2020, 16:34
200
26 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna Türkiyə Respublikası hüquq mühafizə orqanları tərəfindən İnterpol kanalları ilə beynəlxalq axtarışa elan olunmuş Yağmur Erbay Mustafa oğlunun 25 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmasına dair məlumat daxil olub.
Baş Prokurorluqdan verilən məlumata görə, müəyyən edilib ki, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Türkiyə Respublikası Cinayət Məcəlləsinin 81, 82/l-A (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Türkiyə Respublikasının vətəndaşı, 16.06.1981-ci il təvəllüdlü Yağmur Erbay Mustafa oğlu barəsində beynəlxalq axtarış elan olunub.
Hazırda Baş Prokurorluq tərəfindən Yağmur Erbay Mustafa oğlunun Türkiyə Respublikasına ekstradisiya məsələsinin həll edilməsindən ötrü zəruri tədbirlər davam etdirilir.
Digər xəbərlər