• cümə, 29 Mart, 14:43
  • Baku Bakı 14°C

Türkiyənin Anadolu Agentliyinin və TRT kanalının rəhbərləri Azərbaycanda görüşlər keçirir

14.03.18 17:50 611
Türkiyənin Anadolu Agentliyinin və TRT kanalının rəhbərləri Azərbaycanda görüşlər keçirir
Türkiyənin Anadolu Agentliyinin və TRT televiziya kanalının rəhbərləri Azərbaycanda bir sıra görüşlər keçirir.
AZƏRTACxəbər verir ki, martın 14-də bu görüşlər çərçivəsində ilk olaraq agentliyin və televiziyanın rəhbərləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovla görüşüblər.
Görüşdə ölkələrimiz arasında informasiya və təbliğat sahələrində birgə fəaliyyətin geniş aspektləri müzakirə olundu. Anadolu Agentliyi və TRT, o cümlədən Azərbaycanın rəsmi kütləvi informasiya vasitələri arasındakı əlaqələrdən, ayrı-ayrı hadisələrlə bağlı hər iki ölkəni təmsil edən kütləvi informasiya vasitələrinin birgə fəaliyyətindən söhbət açıldı, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Azərbaycanda keçiriləcək prezident seçkiləri, o cümlədən Türkiyənin cəlb olunduğu regional münaqişələr, Afrin hadisələri, qardaş ölkədə yaşanan daxili proseslər, ictimai-siyasi hadisələr və digər məsələlərlə bağlı indiyə qədər olduğu kimi, gələcəkdə də razılaşdırılmış birgə informasiya siyasətinin yürüdülməsinin zəruriliyi diqqətə çatdırıldı. Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdikləri tapşırıqlara müvafiq olaraq iki ölkəni təmsil edən rəsmi kütləvi informasiya vasitələrinin fəaliyyətinin əlaqələndirilməsi məsələsinin zəruriliyi vurğulandı.
Qeyd edək ki, Anadolu Agentliyi və TRT kanalının rəhbərlərinin Azərbaycana səfərinin məqsədi VI Qlobal Bakı Forumunda iştirak etməkdir. Onlar, eyni zamanda,AZƏRTAC-ın, Azərbaycan Televiziyası, İctimai Televiziya və ölkəmizin digər kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşlər keçirəcəklər.

banner

Oxşar Xəbərlər