• çərşənbə axşamı, 19 mart, 06:53
  • Baku Bakı 8°C

Ərdoğan: Türkiyənin ABŞ-la qarşı-qarşıya gəlmək arzusu yoxdur

21.09.19 20:15 1046
Ərdoğan: Türkiyənin ABŞ-la qarşı-qarşıya gəlmək arzusu yoxdur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 74-cü sessiyasında iştirak etmək üçün ABŞ-a yola düşüb.
AZƏRTACxəbər verir ki, dövlət başçısı səfərdən əvvəl hava limanında mətbuat konfransı keçirib. Türkiyənin daxili və xarici siyasətinin ayrı-ayrı istiqamətləri barədə məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə 2020-2021-ci illər üçün BMT Baş Assambleyasına sədrliyə səfir Volkan Bozkırın namizədliyini irəli sürüb. Türkiyənin Suriya böhranının həllindəki iştirakından bəhs edən Prezident deyib ki, Suriya ilə sərhəd boyunca təhlükəsizlik zonasının qurulması üçün hazırlıqlar tamamlanıb: "ABŞ strateji tərəfdaşımızdır. Bu tərəfdaşlıq uzun illər bütün sahələrdə davam edib. Biz indi də eyni mövqedəyik. ABŞ-la qarşı-qarşıya gəlmək arzumuz yoxdur. Eyni zamanda, ABŞ-ın dəvətli olmadığı bir yerdə terror təşkilatlarına dəstək verməsinə də göz yummaq niyyətində deyilik. YPG/PKK kimi terror təşkilatlarına dəstək ortadadır”.
Qeyd edək ki, Türkiyə təhlükəsizliyi üçün Suriya ərazisində öz sərhədi boyunca təhlükəsizlik zonasının qurulmasında israr edir. Lakin ABŞ tərəfinin bu məsələdə ikili siyasəti prosesi uzadır. Milli Müdafiə naziri Hulusi Akar bir neçə gün əvvəl bəyan edib ki, əgər proses belə davam etsə, Türkiyə tərəfi Fərat çayının şərqində antiterror əməliyyatlarını təkbaşına başlayacaq.
banner

Oxşar Xəbərlər