• cümə, 29 Mart, 16:52
  • Baku Bakı 14°C

Türkiyənin 3 məşhur ulduzu Bakıya gəlir

10.11.17 20:28 3352
Türkiyənin 3 məşhur ulduzu Bakıya gəlir
Türkiyənin üç məşhur ulduzu: Özge Özder, Begüm Birgören və Tamer Karadağlı Bakıya gələcək.

Qafqazinfo-nun xəbərinə görə, iki tanınmış aktrisa bu ayın 16-sı Azərbaycanda qonaq olacaqlar.

4 gün paytaxtımızda olan O. Özder və B. Birgören ATV kanalında yayımlanan "Məlahətli söhbətlər” verilişində iştirak edəcəklər.

"Çoçuklar Duymasın” serialındakı Haluk obrazı ilə Azərbaycanda məşhurlaşan Tamer Karadağlı isə ölkəmizə noyabrın 30-u təşrif buyuracaq.

Qeyd edək ki, proqramı əməkdar artist Məlahət Abbasova aparır. Verilişdə iki ölkənin ən populyar simaları iştirak edir.

"Məlahətli söhbətlər” hər bazar ertəsi saat 22:15-də ATV-də yayımlanır.
banner

Oxşar Xəbərlər