• cümə axşamı, 25 aprel, 14:10
  • Baku Bakı 23°C

Türkiyəli skripkaçıların müşayiəti ilə “Ulduzlu gecə“

04.06.14 15:51 1323
Türkiyəli skripkaçıların müşayiəti ilə “Ulduzlu gecə“
Müğənni Yaşar Cəlilovun yeni "Ulduzlu gecə" mahnısı dinləyicilərin ixtiyarına verilib. Kaspi.az-ın məlumatına görə, 106.3 FM-də kompozisiyanın təqdmatı olub. "Ulduzlu gecə"nin musiqisi bir çox sevilən mahnıların müəllifi, bəstəkar Kamala, sözləri nəğməkar şair Baba Vəziroğluya məxsusdur. "Ulduzlu gecə" lirik janrdadır.
Y.Cəlilov bildirib ki, mahnı artıq radio dalğalarında və televiziya efirlərində eşidiləcək: “Özümü şanslı müğənni hesab edirəm. Hər bir müğənninin arzusudur ki, o insanlarla işbirliyi qursun. Müğənnilərin arzuları çox olur: biri fəxri ad almaq, digəri çox toya dəvət almaq, o biri sponsor tapmaq. Mənimsə bir arzum var: sevilən mahnılar ifa etmək. Elə bu arzumda da bütün arzular birləşir”.
Mahnının aranjemanı Tərlan Məmmədhüseynova aiddir. Kkompozisiyanın aranjemanı zamanı 12 skripkadan istifadə olunub. Y.Cəlilovu Türkiyənin peşəkar skripkaçıları müşayiət edib. "Ulduzlu gecə" mahnısı Y.Cəlilovun bu il işıq üzü görəcək 3-cü albomuna daxil ediləcək.
Mahnını bu linkdən dinləyə bilərsiniz:
http://www.youtube.com/watch?v=nj-WXzayT_U&app=desktop
banner

Oxşar Xəbərlər