• cümə, 26 Aprel, 20:44
  • Baku Bakı 22°C

Türkiyəli professor Bilik Fondunda oldu

16.02.18 16:55 519
Türkiyəli professor Bilik Fondunda oldu
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Attar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda keçirilmiş konfransda iştirak etmək üçün Bakıya gəlmiş A.Attar ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlarla bağlı tarixi gerçəkliklərin üzə çıxarılaraq beynəlxalq elmi müstəvidə təqdim olunması, Azərbaycanın dünyadakı nüfuzunun təbliği istiqamətində araşdırmalar aparır.
Görüşdə Bilik Fondunun fəaliyyəti barədə qonağa məlumat verən icraçı direktor Oktay Səmədov bildirib ki, Fondun əsas məqsədi əhalinin maarifləndirilməsi, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətinin ictimaiyyətə daha dolğun çatdırılmasından ibarətdir.
Bu istiqamətdə görülən işlərdən danışan icraçı direktor müxtəlif sahələrlə bağlı bilikləndirmə xarakterli layihələrin müəyyən proqramlar əsasında gerçəkləşdiyini diqqətə çatdırıb.
O.Səmədov qonağın fəaliyyət prinsiplərinin əsas meyarlarını nəzərə alaraq, Azərbaycançılıq məfkurəsinin yayılması, Dağlıq Qarabağ həqiqətlərinin həm ölkə daxilində, həm də xaricdə təbliği, şəxsin fasiləsiz təhsili, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi formalaşması ilə bağlı Fondun həyata keçirdiyi layihələrdən xüsusilə söz açıb.
Professor Aygün Attar Bilik Fondunun fəaliyyətini yaxından izlədiyini deyərək, maarifləndirmə missiyasının daşıyıcı kimi, bu işlərə yaxından dəstək verməyə hazır olduğunu vurğulayıb.
Hazırda qardaş ölkə Türkiyədə yaşadığını, elmi və ictimai fəaliyyətlə məşğul olduğunu söyləyən professor Azərbaycanın sürətli inkişafının dünya azərbaycanlıları tərəfindən rəğbətlə qarşılandığını bildirib.
A.Attar Bilik Fondunun ölkə xaricində apardığı maarifləndirici işlərə qoşulmaqdan məmnun olacağını da vurğulayıb. O, Fondun "Azərbaycan elmi xaricdə”, Dünya elmi Azərbaycanda” layihələri çərçivəsində əməkdaşlığın səmərəli ola biləcəyini diqqətə çatdırıb.
banner

Oxşar Xəbərlər