• şənbə, 20 Aprel, 02:02
  • Baku Bakı 15°C

Türkiyəli nazir: "TANAP və TAP-ı əsrin layihəsi kimi dəyərləndiririk"

21.04.18 13:40 1003
Türkiyəli nazir: "TANAP və TAP-ı əsrin layihəsi kimi dəyərləndiririk"
Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrak Azərbaycan qazının nəql olunacağıTANAPvə TAP-ın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacağını bildirib.

APA-nın məlumatına görə, B. Albayraq Almaniyanın "Frankfurter Allegemeine Zeitung" qəzetinə müsahibəsində deyib ki, həm alternativ qaz mənbəyi olması, həm də bölgədə qaz satışında rəqabət yaratması səbəbindənTANAPvə TAP Avropa üçün çox önəmlidir.

B. Albayraq bildirib ki, Avropa illərləNABUCCOlayihəsi barədə danışsa da, həyata keçirə bilməyib: "Ancaq Azərbaycan və Türkiyənin iştirakı və rəhbərliyi ilə Avropa üçün bu qədər önəmli bir layihə həyata keçirilə bildi. Bu kəmərlə gələcəkdə başqa ölkələrin də qaz resurslar nəql oluna bilər. Dünyada enerji təhlükəsizliyinin təmin edilməsi üçün qaz ixrac edən və tranzit ölkələrdə sabitliyin, əməkdaşlığın genişlənməsinin əhəmiyyəti ortaya qoyması, o cümlədən potensial layihələrə nümunə olması baxımındanTANAPvə TAP-ı əsrin layihəsi kimi dəyərləndirə bilərik. Bu layihə həm də Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunu ortaya qoyur".
banner

Oxşar Xəbərlər