• şənbə, 20 Aprel, 15:07
  • Baku Bakı 23°C

Türkiyəli nazir: “Çindən Avropaya gedəcək fiber infratstruktur layihə üzərində birlikdə çalışırıq”

29.11.16 13:03 605
Türkiyəli nazir: “Çindən Avropaya gedəcək fiber infratstruktur layihə üzərində birlikdə çalışırıq”
"Bu gün biz Azərbaycanda çox gözəl təşkil olunmuş "Bakutel” sərgisini ziyarət etdik. Bu münasibətlə Azərbaycanı təbrik edirik”.
"APA-Economics” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan açıqlaması zamanı bildirib.
Türkiyəli nazir qeyd edib ki, 2006-cı ildən Azərbaycanın təşkil etdiyi bu cür sərgilərdə iştirak edir.
"Xüsusilə Azərbaycanın qət etdiyi məsafə bizi məmnun edir. Türkiyənin istər GSM operatorları, istər telekom infratstrukturları çox ciddi işlər həyata keçirir. Bizim regionda bu təşkilatların çox ciddi təsir dairəsi mövcuddur. Azərbaycanda mövcud qurumlarla birlikdə çalışaraq təkcə Azərbaycanda deyil, regionda böyük bir təsir zonası yaratmaq niyyətindəyik. Biz əldə etdiyimiz təcrübəni, bilgiləri bu regionda bölüşməyə çalışırıq. Bu gün bizimRabitə və Yüksək Texnologiyalar Nazirliyiilə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan nazirləri ilə gözəl iş birliyimiz mövcuddur. Azərbaycan və Türkiyə təkcə bu layihələr ilə kifayətlənmir. Xüsusilə də TASİM dediyimiz, Çin Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rusiya və Türkiyədən keçməklə Avropaya gedəcək fiber infratstruktur layihə üzərində birlikdə çalışırıq. Bu işləri çox sürətlə həyata keçirərək fiberoptik infrastrukturumuzdan bütün bu regionun yararlanması, ölkələrin əməkdaşlığının gücləndirilməsi və bu işbirliyi çərçivəsində də ölkələrimizin vətəndaşlarının sosial durumunu və rifah halını yaxşılaşdıracaq iş ortaya qoymaq niyyətindəyik”, - deyə Ə.Arslan qeyd edib.
banner

Oxşar Xəbərlər