• şənbə, 20 Aprel, 00:54
  • Baku Bakı 15°C

Türkiyəli nazir: “Bütün işlər 3-5 aya tamamilə bitəcək“

11.09.14 18:41 1061
Türkiyəli nazir: “Bütün işlər 3-5 aya tamamilə bitəcək“
“Bakı-Tiflis-Qars dəmir yolunun Türkiyə ərazisindəki hissəsinin tikintisində heç bir problemi yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik naziri Lütfi Əlvan deyib.
L. Əlvan bildirib ki, layihənin Türkiyə tərəfində olan işlərin əksəriyyəti görülüb: “İndi tunellərin içində işıqlandırma və kommunikasiya sistemləri quraşdırılır. Hər şey planlaşdırdığımız şəkildə gedərsə, bizim tərəfdəki bütün işlər 3-5 aya tamamilə bitəcək. Sərhədin Gürcüstan tərəfində görülən işlərin də sürətləndirilməsini arzu edirik. Bu ilin axırında sınaq sürüşlərinin həyata keçirilə biləcəyi ilə bağlı qəti danışa bilmərəm, ancaq biz öz tərəfimizdə üzərimizə düşən işlərin əksəriyyətini yerinə yetirmişik”.
“Layihənin həyata keçirilməsində maliyyə çətinliyi varmı?”- sualını cavablandıran L. Əlvan qeyd edib ki, Türkiyə tərəfinin heç bir problemi yoxdur.
Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolunda ilk sınaq sürüşlərinin 2013-cü ilin axırında keçirilməsi planlaşdırılsa da, xüsusilə Gürcüstan tərəfindəki təbii şərait planın vaxtında həyata keçirilməsinə mane olmuşdu. Layihədə iştirak edən ölkələr sınaq sürüşlərinin 2014-cü ilin axırında həyata keçirilə biləcəyini bəyan ediblər.
banner

Oxşar Xəbərlər