• şənbə, 20 Aprel, 17:07
  • Baku Bakı 23°C

Türkiyəli musiqiçilər Azərbaycan əsgərlərinə konsert veriblər

22.06.13 12:28 1986
Türkiyəli musiqiçilər Azərbaycan əsgərlərinə konsert veriblər
Əvvəlcə yerli sakinlərlə görüşən qonaqlar daha sonra ön cəbhədə xidmət edən Azərbaycan əsgərlərinin ziyarətinə yollanıblar.
APA-nın yerli bürosunun məlumatına görə, qonaqları Azərbaycan Milli Məclisinin üzvləri Qənirə Paşayeva, Sahib Alıyev, bəstəkar Gövhər Həsənzadə və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu müşayiət edib. Tərtər rayonunda Heydər Əliyev parkında tərtərlilər qarşısında musiqi nömrələri ilə çıxış edən sənətçilər Azərbaycana ruhən, mənən bağlı olduqlarını ifadə ediblər. Qonaqlar daha sonra təmas xəttində qulluq edən Azərbaycan hərbiçilərinin görüşünə gediblər.
Əsgərlər qarşısında çıxış edən Mustafa Yıldızdoğan bildirib ki, nəinki Azərbaycanda, Türkiyənin hər yerində türklərin ürəyi Azərbaycan əsgərinin yanındadır: «Bir millətin varlığı, bir millətin diriliyi əsgərlərinin ürəyində var olan Vətən və Millət eşqı ilə ölçülür. Qiyamətə qədər Azərbaycan əsgərinin, türk əsgərinin qarşısında heç kim tab gətirə bilməyəcək».
Tədbirin musiqi və yaradıcılıq baxımından təşkilatçısı olan bəstəkar G.Həsənzadənin sözlərinə görə, cəbhədə əsgərin hər addımında, hər göz qırpımında, hər baxışında böyük bir musiqi var və bunu əsgər marşına çevirmək lazımdır: «Qürur duydum. Burda bütün əsgərlərin gözündə sevgidən, Vətənə məhəbbətdən doğan qürurdan özgə heç nə görmədim. Mən özümlə burdan çoxlu mahnı, marş aparıram».
Daha sonra hərbi xidmətdə fərqləndiklərinə görə hərbi qulluqçulara mükafatlar və hədiyyələr təqdim olunub.
banner

Oxşar Xəbərlər