• şənbə, 20 Aprel, 03:20
  • Baku Bakı 15°C

Türkiyəli millət vəkili: “Seçkilər şəffaf keçirilir”

09.10.13 14:05 1280
Türkiyəli millət vəkili: “Seçkilər şəffaf keçirilir”
“Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Sumqayıtda bir sıra seçki məntəqələrində müşahidələr apardıq. Burada seçki prosesi öz qaydasında, şəffaf keçir. Bizim müşahidələrimiz zamanı heç bir qanun pozuntusu və ya şikayət daxil olmayıb”.
APA-nın məlumatına görə, bunu ölkədə keçirilən prezident seçkilərini izləmək üçün Azərbaycana müşahidəçi qismində gəlmiş Türkiyə Böyük Millət Məclisinin üzvü, hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının Gümüşhanədən olan millət vəkili Feramuz Üstün deyib. Həmkarı, Bayburt millət vəkili Bünyamin Özbək ilə Sumqayıtda keçirilən seçkiləri izlədiklərini deyən TBMM üzvü “Biz Azərbaycanda baş verən irəliləyişləri alqışlayırıq. Biz bir millət, iki dövlətik və seçkilərdə kimin qələbə çalmasından asılı olmayaraq, Azərbaycan xalqı üçün demokratik və daha da inkişaf etmiş bir ölkənin olmasını arzu edirik”,- deyə bildirib.
banner

Oxşar Xəbərlər