• cümə axşamı, 28 mart, 19:07
  • Baku Bakı 13°C

Türkiyəli millət vəkili erməni planlarını ifşa etdi

27.07.13 13:17 1456
Türkiyəli millət vəkili erməni planlarını ifşa etdi

“Orta Şərqdə və Qafqazda Türk etnosu dominant olmalıdır”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyası Kayseri millət vəkili, professor Yusif Halacoğlu deyib.
APA-nın “Suriyanın şimalında cərəyan edən proseslər bölgədə yeni siyasi strukturların meydana çıxması ehtimalını yaradır. Proseslərə paralel olaraq isə Ermənistanın Türkiyədən torpaq tələblərinin daha çox səsləndirildiyini görürük. Cərəyan edən hadisələri necə dəyərləndirirsiniz?” - sualına MHP Kayseri millət vəkili Yusuf Halacoğlu bu şəkildə cavab verib: “Bölgədə cərəyan edən proseslər keçmişdə qəbul edilmiş bəzi doktrinaların bu gün həyata keçirilmək istənməsinin təzahürüdür. Bilirsiniz ki, gələcəkdə bölgədə erməni-kürd ittifaqının qurulması üçün 1930-cu illərdə ingilislər, fransızlar, italyanlar gizli toplantılar keçirib, doktrinalar qəbul ediblər. Dersim üsyanlarından sonra bölgədəki əhalinin önəmli qisminin öz etnik mənşəyini dəyişdirdiyini və bu gün terror aksiyaları ilə Türkiyəni bölməyə çalışdığı bir gerçəkdir. İraqın və Suriyanın şimalında cərəyan edən proseslərə paralel olaraq, Ermənistandan Türkiyəyə torpaq tələbələrinin daha çox səsləndirilməsinin altında da bu səbəb yatmaqdadır. Burada əsas məqsəd, keçmişdə olduğu kimi, Türkiyənin başını bir neçə cəbhədə qatıb ölkəmizi parçalamaq və torpaq və təzminat tələbləri irəli sürməkdir. Ermənilərin başqa bir məqsədi də bu tələbləri irəli sürərək Qarabağın işğalını davam etdirməkdir. Bütün proseslər Türkiyə və Azərbaycanı zəif salmağa yönəlib, ona görə də indiki mərhələdə Türkiyə ilə Azərbaycan daha sıx birləşməli və açıq və gizli planlara qarşı addımlarını birgə atmalıdır. Orta Şərqi və Qafqazı bu bölgənin dominant etnosu olan Türklər idarə etməlidir, başqa cür bölgəyə sabitlik və rifah gəlməsi mümkün olmayacaq”
Qeyd edək ki, 1993-2008-ci illərdə Türk Tarix Qurumunun başqanı olmuş professor Yusif Halaçoğlu ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri qondarma “soyqırım” iddialarına qarşı arxiv sənədləri ilə elmi mübarizə apardığına görə, erməni diasporası onu “Türkiyə ilə Ermənistan arasındakı münasibətləri normallaşdırmağa mane olan” adam elan edib və professor Halaçoğlu 2008-ci ilin iyununda vəzifəsindən uzaqlaşdırılıb. 12 iyun 2011-ci ildə Milliyyətçi Hərəkat Partiyasından Kayseri millət vəkili seçilən professor Yusif Halaçoğlu beynəlxalq arenada “erməni soyqırımı” böhtanlarına qarşı mübarizəsini davam etdirir.
banner

Oxşar Xəbərlər