• şənbə, 20 Aprel, 08:38
  • Baku Bakı 14°C

Türkiyəli hərbi pilotlar Azərbaycana gəlib

14.09.17 18:27 1291
Türkiyəli hərbi pilotlar Azərbaycana gəlib
"TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Azərbaycana gəlib.

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.


Qeyd edək ki, sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.
banner

Oxşar Xəbərlər