• cümə axşamı, 25 aprel, 10:51
  • Baku Bakı 14°C

Türkiyəli futbolçunu öldürdülər

01.02.18 11:15 565
Türkiyəli futbolçunu öldürdülər
Türkiyəli futbolçu Yunus Əmrə İzol öldürülüb.
Kaspi.az xəbər verir ki, "Yedikulespor” klubunun futbolçusu olan Əmrə İstanbulda baş verən dava nəticəsində öldürülüb. İki dostu ilə gedərkən bir nəfərin qadına zor tətbiq etdiyini görən Əmrə, hadisəyə müdaxilə edib.
Dostlar qadını müdafiə etmək istəyərkən, onu döyən adam cibindən bıçaq çıxararaq onlara zərbə endirib. Əmrə ürəyindən iki bıçaq zərbəsi alıb.
Onun dostları da yaralanıblar. Əmrəni xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Polis Orxan adlı cinayətkarı həbs edib. O, bildirib ki, zor tətbiq etdiyi Moldova əsilli qadın onun mobil telefonunu oğurlayıbmış.
banner

Oxşar Xəbərlər