AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyəli ekspert: Azərbaycan Ermənistan ordusunu əzə-əzə öz məqsədinə doğru irəliləyir

Türkiyəli ekspert: Azərbaycan Ermənistan ordusunu əzə-əzə öz məqsədinə doğru irəliləyir

Cəmiyyət
01 Oktyabr 2020, 14:00 129
Azərbaycan Ordusu Ermənistan tərəfinin təxribatları nəticəsində əks-hücumlara başladı. Hazırda cəbhədə gərgin döyüşlər gedir. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin mövqelərini, o cümlədən dərinlikdəki mövqelərini dəqiq atəşlərlə məhv edir. Hazırda Azərbaycan Ordusu Ermənistan birləşmələrinin üzərində böyük üstünlük əldə edib.
 
Bunu Trend-ə açıqlamasında tanınmış türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.
 
O qeyd edib ki, bu müharibəyə reallıqdan baxmaq lazımdır: "Burada insanlar canlarından keçir və bu mübarizədə Azərbaycan Ordusunun ən başlıca məqsədi az itkilərlə qələbə əldə etmək və Ermənistana dərs verməkdir. Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytarmaq istəyir və Ermənistan ordusunu əzə-əzə, əmin addımlarla öz məqsədinə doğru irəliləyir”.
 
A.Ağar əlavə edib ki, burada əsas məqsədlərdən biri də döyüş meydanını kənar müdaxilələrdən qorumaqdır: "Yəni sülh danışıqları, danışıqlar masası, müzakirələr, atəşkəs kimi sözlərlə Azərbaycan Ordusunun qərarlılığını qırmağa imkan verilməməlidir. Yəni Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə çalışır və bunu edəcək”.