Türkiyədən Hollandiyaya nota
Türkiyə aprelin 16-da keçiriləcək referendum ərəfəsində Avropanın bir
sıra dövlətləri ilə gərgin anlar yaşayır. Almaniya ilə yaşanan gərginlik səngiməmiş,
digər bir ölkə Hollandiya tərəfindən Türkiyəyə, onun rəsmilərinə qarşı
hörmətsizliyə yol verilib. Beynəlxalq hüquqa hörmətsizlik edən Hollandiya Vyana
Konvensiyasının tələblərinin kobud surətdə pozaraq Türkiyənin iki nazirini
ərazisinə buraxmayıb. Nazirlərdən əlavə, Rotterdamda olan Türkiyə konsulluğunun
diplomatlarına qarşı kobud davranılması Vyana Konvensiyasının birbaşa pozulması
kimi qeyd edilib.
Hollandiyaya Danimarka da dəstək verib. "Türkiyəli həmkarım Binəli
Yıldırımın Danimarkaya səfərini təxirə salmasını tövsiyə edirəm”. Bu sözləri
Danimarkanın Baş naziri Lars Lyokke deyib. "Türkiyə-Hollandiya arasında yaşanan
gərginliyi nəzərə alaraq, Yıldırımın səfəri təxirə salmasını təklif edirəm”, - deyə
baş nazir əlavə edib.
Dünən Hollandiyanın Ankaradakısəfirliyinin müvəqqəti işlər
vəkili Türkiyə XİN-ə çağırılıb və ona iki etiraz notası təqdim edilib. Bu
ölkəninTürkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili iki gün ərzində
üçüncü dəfədir XİN-ə çağırılıb. Həmin notalarda Hollandiya hökumətindən
Türkiyədənyazılı üzr istəməsi tələb olunub. Türkiyənin baş naziri Binəli
Yıldırım Niderlandın İstanbuldakı konsulluğu üzərindəki bayrağının
endirilməsinə, onun türk bayrağı ilə əvəzlənməsinə münasibət bildirib. O,
"Habertürk” qəzetinə müsahibəsində baş verənləri pisləyib. "Bunu kim, niyə,
nədən edər? Bu, bir təxribatdır, bunlardan uzaq durmaq lazımdır”, – deyə baş
nazir vurğulayıb. Qeyd edək ki, Türkiyədə nümayişçilər Niderlandın İstanbuldakı
konsulluğu üzərindəki bayrağı endirərək onu türk bayrağı ilə əvəzləyiblər.
Aksiya iştirakçıları bu şəkildə Niderland hökumətinin Türkiyənin xarici işlər
naziri Mövlud Çavuşoğlu, həmçinin ailə və sosial siyasət naziri Fatma Bətul
Sayan Kayaya qarşı sərgilədikləri münasibətə etirazlarını bildiriblər. Yarım
saatdan sonra polis Niderland bayrağını konsulluğun üzərinə geri qaytarıb.
Binəli Yıldırım Niderlandla münasibətlərin bir müddət sonra yenidən
normallaşacağına inamını ifadə edib. Baş nazir bununla yanaşı, qarşı tərəfə
xəbərdarlığını da səsləndirib: "Ölkələr arasında daimi dostluq, düşmənçilik
olmaz. Münasibətlər zaman-zaman gərilər, düzələr. Sonu nə olursa-olsun,
Türkiyəni, milləti təhqir, cəmiyyəti narahat edəcək heç bir hərəkətə boyun
əymərik, qarşılığını ən sərt şəkildə verərik”. Baş nazir Aİ-nin bir sıra
ölkələrinin Türkiyədəki dəyişikliklərə müsbət yanaşmadıqlarını vurğulayaraq bu
məsələdə terror təşkilatlarının da müəyyən rolu olduğunu diqqətə çatdırıb.
Öz növbəsində Hollandiyanın qərarını "qalmaqal” adlandıran xarici işlər
naziri Mövlud Çavuşoğlu: "Hollandiyanın atdığı bu addımın əlbəttə bir qarşılığı
olacaq” deyib.
Avropa İttifaqı üzrə nazir Ömər Çelik"buaddımın adı
faşizmdir” deyib.
Daxili işlər naziri Süleyman Soylu atılan addımı"kobud və nəzakətsiz”
adlandırıb.
Avropa Şurasının baş katibi Turbern Yaqland isə deyib ki, Avropa İttifaqı
ölkələri ilə Türkiyə arasında dialoq qurulmalıdır: "Bu durum demokratiya və
diplomatiyaya zərər verir. Ölkə xaricində və daxilində yaşayan türk
vətəndaşları Konstitusiya dəyişikliyi ilə bağlı yetərli məlumat almalıdır. Eyni
zamanda, referendum təşviqatı aydın, ədalətli və əhatəli olmalıdır. Həmçinin
Türkiyə rəsmiləri ilə xarici həmkarları arasında dialoq şəraitində fikir
həmrəyliyi olmalıdır. Bundan əlavə, lazımi hazırlıqlar üçün də vaxt
verilməlidir”, - deyə Yaqland bildirib. Böyük Britaniyanın xarici işlər naziri
Boris Consonisə xarici işlər naziri Mövlud Çavuşoğlunu yemək üçün
ölkəsinə dəvət edib. Conson "ITV” qəzetinə bəyanat verərək Türkiyə ilə
Hollandiya arasındakı böhranın onu məyus etdiyini bildirib. O deyib ki, "hər iki
ölkə də NATO üzvüdür və bizim böyük dostlarımızdır”.
Qərb mətbuatında isə baş
verənlər ən müxtəlif prizmadan şərh edilir. "Türkiyəylə Niderland arasındakı
mübahisənin yeganə məqsədi seçkilərdə daha çox səs toplamaqdır”. "Vaşinqton
Post”qəzetinin son hadisələrə həsr edilmiş məqaləsi belə başlayır. Qəzet
baş verənlərin böhranlı seçki kampaniyalarının sonucu olduğunu, siyasətçilərin
bu etirazlardan yararlanmağa çalışdığını yazır: "Çünki cəmi 1 aydan sonra
Türkiyədə Konstitusiyaya düzəlişlərlə bağlı referendum olacaq, seçicilər
dəyişikliklərə "hə” desələr, prezidentin səlahiyyətləri və fəaliyyət müddəti
artacaq”. Niderlandda isə seçkilər birisi gündür, martın 15-də ölkə
parlamentinin üzvləri seçiləcəklər və bütün gözlər, müəllifin diliylə desək,
sağçı, müsəlmanların əleyhinə çıxışlarıyla tanınan ultramillətçi siyasətçi
Geert Vildersə zillənib: "R.T.Ərdoğan bazar günü İstanbulda kütlə qarşısında
çıxışında Qərbin maskasını atdığını deyib. Ərdoğan, eləcə də Türkiyənin digər
rəsmilərinin çıxışları durumun bundan sonra bir az da gərginləşəcəyindən xəbər
verir”. "Türklərə və müsəlmanlara qarşı çıxışlar edən tək G.Vilders deyil.
Hollandiyanın indiki baş naziri Mark Rutte də seçkidən əvvəlki yazılarında
türklərin və digər müsəlman miqrantların cəmiyyətə inteqrasiya etməkdən ötrü
daha çox işləməli olduğunu demiş, hətta bir məqaləsində miqrantlara "ya
düzəlin, ya da çıxın, gedin” kimi xəbərdarlıq etmişdi. Bu çıxışlarından sonra
sorğular onun G.Vildersdən irəli keçdiyini göstərdi”, - deyə qəzet yazır.
Azər