• çərşənbə axşamı, 16 aprel, 12:53
  • Baku Bakı 19°C

Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı artıb

31.01.20 21:50 1863
Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı artıb
2019-cu ildə Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2018-ci illə müqayisədə 39,85 faiz artaraq 88,675 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən, 2019-cu ilin dekabrında Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 103,03 faiz artıb və 52,672 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2019-cu ildə Türkiyənin müdafiə sənayesi məhsulları ixracı 2018-ci illə müqayisədə 34,6 faiz artaraq 2,74 milyard dollar təşkil edib.
2019-cu ilin dekabrında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 1,9 faiz artıb və 288,66 milyon dollara bərabər olub.
banner

Oxşar Xəbərlər