• çərşənbə axşamı, 19 mart, 06:16
  • Baku Bakı 8°C

Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb

23.01.20 20:55 3451
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
2019-cu ildə Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2018-ci illə müqayisədə 8,95 faiz artaraq 84,767 milyon dollar olub.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən, 2019-cu ilin dekabrında Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 17,16 faiz artaraq 7,583 milyon dollara bərabər olub.
Ümumilikdə 2019-cu ildə Türkiyənin dənli və paxlalı bitki ixracı 2018-ci illə müqayisədə 1,64 faiz artıb və 6,788 milyard dollar təşkil edib.
2019-cu ilin dekabrında Türkiyənin dənli və paxlalı bitki ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 5,95 faiz artaraq 628,844 milyon dollara bərabər olub.
banner

Oxşar Xəbərlər