• cümə axşamı, 25 aprel, 18:10
  • Baku Bakı 21°C

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb

24.03.20 23:06 535
Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb
Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb.
Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
O qeyd edib ki, son aylar Türkiyə və Azərbaycan koronavirusla mübarizədə ciddi tədbirlər həyata keçirir:"Bu tədbirlər sırasında insanların evdə qalması, təmas və ünsiyyətin minimuma endirilməsi var. Azərbaycanda olan türkiyəli və Türkiyədə olan azərbaycanlı tələbələrin öz ölkələrinə dönmək istədikləri xəbərləri gəlməkdədir. Ən doğru olan isə bugünkü mərhələdə hər kəsin olduğu yerdə qalmasıdır. Türkiyədə dövlət yataqxanalarından bu günə qədər heç bir azərbaycanlı tələbə çıxarılmayıb, bəzilərinin sadəcə olaraq yataqxanaları dəyişdirilib. Onların qalması üçün yerlər ayrılıb".
Səfir əlavə edib ki, virusla mübarizədə hər kəs olduğu yerdə qalsa, daha yaxşı olar. Bununla da səhiyyə orqanlarının daha effektiv çalışmasına imkan yaradılmış olar.
banner

Oxşar Xəbərlər