AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyədə Xocalı soyqırımı ilə bağlı rəsm sərgisi təşkil olunacaq

Türkiyədə Xocalı soyqırımı ilə bağlı rəsm sərgisi təşkil olunacaq

Mədəniyyət
23 Fevral 2020, 12:15 2443
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Türkiyədə "Qara qatar səslənir, Qarabağda talan var, Xocalıda soyqırımı!” adlı hərəkətdə olan rəsm sərgisi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Ankara-Qars sərnişin qatarına Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgi qurulan əlavə vaqon qoşulacaq. Belə bir sərgi ilk dəfə olaraq Azərbaycanın Türkiyədəki səfirliyi, Ankarada fəaliyyət göstərən Qazi Universiteti, Türkiyə Dövlət Dəmir Yollarının birgə layihəsi əsasında keçiriləcək.
Fevralın 26-da sərgi Ankara dəmir yolu stansiyasında nümayiş olunacaq. Ertəsi gün qatarın rəsmi yolasalma mərasimi keçiriləcək. Sərgi qatarın keçəcəyi Kayseri, Ərzurum, Ərzincan və Sarıqamış dəmir yolu stansiyalarında da nümayiş olunacaq.
Sərginin olacağı vaqon martın 4-də Qars şəhərinə çatacaq.
Qars dəmir yolu stansiyasında da sərgilənəcək əsərlər Qazi Universitetinin tələbələrinə məxsusdur.