AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyədə Xocalı faciəsi anılıb

Türkiyədə Xocalı faciəsi anılıb

Təfsilat
18 Fevral 2015, 11:16 700
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ankaradakı ofisinin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı “Endless Corridor” (Sonsuz Dəhliz) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) kitabının təqdimat mərasimi keçirilib.

Səfirlikdən “Kaspi”yə verilən məlumata görə, tədbirin açılış hissəsində Türkiyə Respublikası Mədəniyyət və Turizm naziri Ömər Çəlikin Xocalı soyqırımına həsr etdiyi mesaj iştirakçılara oxunub. Mesajda Türkiyənin dost və qardaş Azərbaycanın acılarını paylaşdığı vurğulanıb. Ardından Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Lionel Zəttər, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Sinan Oğan, Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Bağırov və Xocalı sakini, soyqırımın şahidi Valeh Hüseynov tərəfindən çıxışlar həyata keçirilib. Çıxışlar zamanı Xocalıya ədalət kampaniyasının əhəmiyyətindən bəhs olunub, sözügedən kitab və sənədli filmin beynəlxalq, xüsusilə türk ictimaiyyətinin Xocalıda törədilən soyqırımı həqiqətləri ilə daha ətraflı məlumatlandırılması istiqamətində əvəzsiz funksiyası olduğu və Xocalıda baş verənlərin bütün türk dünyasının aidiyyətində olduğu vurğulanıb. Çıxışların ardından Sonsuz Dəhliz adlı sənədli filmin nümayişi həyata keçirilib.

Tədbirdə, səfirliyin əməkdaşları, Türkiyə XİN-nin yüksək vəzifəli rəsmləri, çox sayda elm adamları, Ankaradakı diplomatik korpusun nümayəndələri, KİV təmsilçiləri, görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbir Türkiyənin TRT AVAZ, TRT HABER və İhlas Xəbər Agentliyi (İHA) tərəfindən işıqlandırılıb.