• cümə, 29 Mart, 14:51
  • Baku Bakı 14°C

Türkiyədə Uşu üzrə Açıq Balkan Çempionatı davam edir

03.08.19 12:00 8750
Türkiyədə Uşu üzrə Açıq Balkan Çempionatı davam edir
Türkiyənin paytaxtı Ankarada keçirilən Uşu üzrə Açıq Balkan Çempionatı davam edir.
Azərbaycan Uşu FederasiyasındanAZƏRTAC-a verilən məlumata görə, ölkəmizi yarışlarda təmsil edən yeniyetmələrdən Cəlal Seyidov, Natiq Əliyev (hər ikisi 32 kq), Böyükağa Məstanov (36 kq), Amal Məmmədov (40 kq), Pərviz Abıyev (42 kq), Süleyman Adıgözəlli (45 kq), Ülvi Mehdiyev (52 kq) Tural Hacıməmmədli (56 kq), böyüklər arasında dördqat Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov (56 kq) yarımfinala vəsiqə qazanıblar.
S.Adıgözəlli və T.Hacıməmmədli finalın bir addımlığında məğlub olsalar da bürünc medal uğrunda mübarizə aparacaqlar. A.Məmmədov və Ü.Mehdiyev isə finala vəsiqə qazanıblar. Digər yarımfinala vəsiqə qazanan idmançılar isə avqustun 3-də çıxış edəcəklər. Medallar uğurunda yarışlar isə çempionatın son günü-avqustun 4-də keçiriləcək.
Qeyd edək ki, ölkəmizi çempionatda 20 idmançı təmsil edir. Azərbaycan, Türkiyə, İran, Yunanıstan, İtaliya və Əlcəzairin komandalarının iştirak etdiyi çempionatda ümumilikdə 10 ölkənin idmançıları birincilik uğrunda mübarizə aparır.
banner

Oxşar Xəbərlər