• şənbə, 20 Aprel, 14:34
  • Baku Bakı 23°C

Türkiyədə törədilən terror nəticəsində ölənlərin sayı 31-ə çatıb

21.07.15 11:04 1036
Türkiyədə törədilən terror nəticəsində ölənlərin sayı 31-ə çatıb
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Amara Mədəniyyət Mərkəzində törədilən partlayışda 104 nəfər xəsarət alıb. Onlardan əksəriyyətinin vəziyyəti ağırdır.
Qeyd edək ki, iyulun 20-də mərkəzdə keçirilən mətbuat konfransı zamanı terrorçu-kamikadze partlayış törədib. Ölkənin müxtəlif bölgələrindən Suruça gələn 300 gənc həmin mərkəzdə yerləşdirilib.
Sosialist Gənclik Dərnəkləri Federasiyasının üzvü olan gənclər keçirdikləri mətbuat konfransında Suriyanın Kobani şəhərinə səfərlərinin məqsədini açıqlarkən terror hadisəsi törədilib. Gənclər Kobanidə bərpa işləri aparmaq istədiklərini deyiblər.
Partlayışı İŞİD üzvü olan 18 yaşlı qızın törətdiyi bildirilir.
banner

Oxşar Xəbərlər