• cümə, 29 Mart, 14:02
  • Baku Bakı 14°C

Türkiyədə toqquşmalar davam edir

05.06.13 08:17 1540
Türkiyədə toqquşmalar davam edir
APA-nın məlumatına görə, Ankaranın mərkəzində 5 mindən çox etirazçı toplaşıb. Hüquq mühafizə orqanları etirazçılar tərəfindən təxribat olmayanadək xüsusi vasitələrdən istifadə etməmək əmri alıb.
Lakin çox keçmədən bir neçə radikal aksiya iştirakçıları polisi daş-qalaq etməyə başlayıb. Buna cavab olaraq, polis gözyaşardıcı qazdan istifadə edərək aksiya iştirakçılarını ara küçələrə dağıdıb.
İstanbulda, Dolmabaxça sarayı, Beşiktaş bulvarı və Taksim meydanı yaxınlığında izdihamlı aksiya iştirakçıları və polis arasında toqquşmalar baş verib. Etirazçılar əvvəlcə asayişin qorunmasına riayət edib və polis onların bir neçəsinə meydana keçməyə icazə verib. Lakin sonradan bir qrup etirazçı polisə daş atmağa və barrikadalar qurmağa başlayıb.
Ölkənin şərqində yerləşən Tüncəli şəhərində 200 etirzçıdan ibarət qrupu ilə polis arasında toqquşma baş verib. Polis məntəqəsinin ərazisinə yandırıcı maye ilə doldurulmuş şüşə qabı atıldıqdan sonra polis qaz və su şırnağı istifadə edib.
Antakya şəhərində polis razılaşdırılmamış yürüşü xüsusi vasitələrdən istifadə etməklə dağıdıb. Polisin dağılışmaq tələbinə etirazçılar asayiş keşikçilərinə daş atmaqla cavab verib.
Qeyd edək ki, etiraz aksiyaları Türkiyənin 81 əyalətindən 70-də keçirilir.
Türkiyənin “Haber Türk” telekanalının xəbərinə görə, bu gün ölkənin dörd ən iri həmkarlar təşkilatın üzvləri də etirazlara qoşulmağı planlaşdırır. Bunlar dövlət qulluqçularının həmkarlar təşkilatlarının Konfederasiyası (250 min üzvü), İnqilabçı fəhlələrin həmkarlar təşkilatlarının Konfederasiyası (400 min), Səhiyyə işçilərinin həmkarlar təşkilatı (83 min) və Mühəndis, memarların həmkarlar təşkilatıdır (410 min).
banner

Oxşar Xəbərlər