• çərşənbə axşamı, 16 aprel, 10:32
  • Baku Bakı 14°C

Türkiyədə təxminən iki illik fasilədən sonra ABŞ-ın yeni səfiri işə başlayıb

28.08.19 20:15 3926
Türkiyədə təxminən iki illik fasilədən sonra ABŞ-ın yeni səfiri işə başlayıb
ABŞ-ın Türkiyədəki yeni səfiri Devid Satterfild son 22 ayda müvəqqəti işlər üzrə müvəkkilin rəhbərlik etdiyi diplomatik missiyada öz vəzifələrinin icrasına başlayıb.
AZƏRTACTürkiyənin NTV telekanalına istinadla xəbər verir ki, diplomat avqustun 28-də dövlət başçısı Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edib.
Devid Satterfild Ankaraya səfir təyin edilməzdən öncə 2017-ci ilin sentyabrından 2019-cu ilin iyununa qədər ABŞ dövlət katibinin Yaxın Şərq işləri üzrə köməkçisi vəzifəsində çalışıb. O, həmçinin Qahirədəki diplomatik missiyanın müvəqqəti işlər üzrə müvəkkili və Livanda səfir işləyib.
Xatırladaq ki, Devid Satterfildin sələfi Con Bass ABŞ-ın Türkiyədəki diplomatik missiyasına 2014-cü ilin oktyabrından 2017-ci ilin oktyabrınadək rəhbərlik edib. Onun fəaliyyəti dövründə Amerika səfirliyinin əməkdaşının Ankarada həbs olunması ilə bağlı qalmaqal baş vermişdi. Bundan sonra Vaşinqton Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmış, səfirin özü isə Türkiyə rəhbərliyinin ünvanına sərt tənqidlər səsləndirmişdi. Nəticədə Bass Türkiyədən geri çağırılaraq Əfqanıstana səfir təyin olunmuşdu.
banner

Oxşar Xəbərlər