• cümə axşamı, 25 aprel, 10:11
  • Baku Bakı 14°C

Türkiyədə təhsil almış azərbaycanlı tələbələrin görüşü olub

20.11.17 15:55 5703
Türkiyədə təhsil almış azərbaycanlı tələbələrin görüşü olub
Türkiyədə təhsil almış azərbaycanlı tələbələrin Bakıda görüşü keçirilib.
AZƏRTACxəbər verir ki, "Böyük tələbə layihəsi”nin 25 illiyi çərçivəsində keçirilən görüş hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Tədbirdə məzunlarla bərabər Azərbaycanın xarici işlər nazirinin müavini, "ADA” Universitetinin rektoru Hafiz Paşayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirak ediblər.

Azərbaycan ilə Türkiyənin dostluq və qardaşlıq əlaqələrindən danışan Hafiz Paşayev bu münasibətlərin coğrafiyasının çox geniş olduğunu vurğuladı. Bildirdi ki, təhsil sahəsi bu əlaqələrdə əsas yerlərdən birini tutur. Belə ki, Türkiyədə təhsil alıb qayıdan tələbələr ölkəmizdə müxtəlif sahələrdə çalışırlar. Bu tələbələr arasında öz peşə sahəsində böyük uğurlar qazanan çox sayda insanlar var.
Bildirildi ki, ümummilli liderimiz Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın qabaqcıl ölkələrində, o cümlədən qardaş Türkiyədə ali təhsil almalarına xüsusi önəm verirdi. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Məhz Azərbaycan Prezidentinin bu diqqət və qayğısının nəticəsidir ki, gənclərimizin xarici ölkələrdə təhsil almaları ilə bağlı mühüm dövlət proqramları qəbul edilir və uğurla reallaşdırılır.

Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda təhsil sistemində qazanılan nailiyyətlərdən danışdı. O dedi ki, bu gün Azərbaycanda təhsil Avropa standartlarına cavab verir. Nazir müavini türkiyəli şagirdləri ölkəmizin ali məktəblərində təhsil almağa dəvət etdi.

Görüşdə çıxış edən digər natiqlər də Azərbaycan-Türkiyə əlaqələrinin əhəmiyyətindən danışdılar.
Qeyd edək ki, "Böyük tələbə layihə"si çərçivəsində "Təhsil üçün oxu" adlı klipi də hazırlanıb.


banner

Oxşar Xəbərlər