• cümə, 19 Aprel, 05:43
  • Baku Bakı 18°C

Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirilib

29.11.20 14:30 467
Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirilib
Türkiyə Müdafiə Nazirliyi son bir ayda 80 terrorçunun zərərsizləşdirildiyini bildirib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədəTürkiyə MN-nin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, bir ay ərzində terrorla mübarizə çərçivəsində 8-i böyük, 26-sı orta dərəcəli olmaqla ümumilikdə 34 əməliyyat həyata keçirilib.
Açıqlamada o da bildirilib ki, FETO terror təşkilatının Türkiyədə 15 iyul 2016-cı ildədövlət çevrilişinə cəhdində iştirak edənlərdən bu günə qədər 20 min 564 heyət işindən azad edilib, 3 min 586 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.
Son bir ayda qanunsuz sərhəd keçən 35-i FETO mənsubu olan 6 min 863 nəfərin isə saxlandığı açıqlanıb.
banner

Oxşar Xəbərlər