Türkiyədə Səlcuqlu hökmdarı II Əlaəddin Keyqubadın məzarının tapıldığı ehtimal edilir

Türkiyədə Səlcuqlu hökmdarı II Əlaəddin Keyqubadın məzarının tapıldığı ehtimal edilir

Təfsilat
17 Avqust 2019, 11:30 523
Türkiyənin Ərzurum şəhərində aşkarlanan tarixi abidənin Səlcuqlu hökmdarı II Əlaəddin Keyqubadın məzarı olduğu ehtimal edilir.
 
AZƏRTAC xəbər verir ki, Ərzurumun Mədəniyyət və Turizm İdarəsi ilə Muzey Müdürlüyünün birgə tədqiqatları zamanı aparılan qazıntılar nəticəsində üzərində "Sultan Alaaddin” yazısı olan məzar tapılıb.
 
Bundan əlavə, abidənin ətrafında daha altı məzar aşkarlanıb ki, onlardan da birinin Sultanın anası gürcü qızı Tamaraya aid olduğu ehtimal edilir.
Hazırda tapılan məzarlardan ikisindən çıxarılan insan qalıqlarının DNT testləri aparılır.