AZE | RUS | ENG |

Türkiyədə qayadan şəlaləyə düşən azərbaycanlı turist qadın ölüb

Türkiyədə qayadan şəlaləyə düşən azərbaycanlı turist qadın ölüb
Türkiyənin Muğla rayonunun Fəthiyə qəsəbəsində Azərbaycan əsilli turist Məryəm Ömərova Aladərə şəlaləsi üzərindəki qayalıqlarda yürüş zamanı müvazinəti itirərək yıxılıb və ölüb.
 
APA-nın CNN Turk telekanalına istinadən verdiyi məlumata görə, 27 yaşlı M. Ömərova iyulun 6-da bir qrup dostu ilə Kabak körfəzinə turist düşərgəsi qurmağa gəlib.
 
Dünən saat 17.00 radələrində isə M. Ömərova körfəzin yaxınlığındakı Aladərə şəlaləsinə çıxıb. M. Ömərova qayalıqlara dırmaşıb. mənzərəni seyr edərkən bir anda müvazinətini itirib və 15 metr yüksəklikdən şəlalənin töküldüyü yerə düşüb. Bu zaman həmin ərazidə qayalara dırmaşan başqa bir turist gənc qadının yıxıldığını görüb, təcili yardıma zəng açıb. Xilasedicilər və həkim briqadası qayalıq ərazidə 1,5 km məsafə qət edərək şəlaləyə çatıblar. M. Ömərovanın cansız bədəni sudan çıxarılıb, Fəthiyə Dövlət Xəstəxanasının morquna aparılıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2354
TRY 1 Türk lirəsi 0.2716
KWD 1 Küveyt dinarı 5.6137
SEK 1 İsveç kronu 0.1916
EUR 1 Avro 1.9852
CHF 1 İsveçrə frankı 1.7570
USD 1 ABŞ dolları 1.7000