• cümə axşamı, 25 aprel, 20:06
  • Baku Bakı 21°C

Türkiyədə Polis İdarəsinə hücum: 2 polis şəhid olub, 2 terrorçu məhv edilib

31.07.15 10:23 1142
Türkiyədə Polis İdarəsinə hücum: 2 polis şəhid olub, 2 terrorçu məhv edilib
Öldürülən terrorçulardan birinin üzərindən partlayıcı qurğu aşkarlanıb
Türkiyənin Adana vilayətində Polis İdarəsinə silahlı hücum olub. Nəticədə 2 polis əməkdaşı şəhid olub, 2 terrorçu isə məhv edilib.
APA-nın xəbərinə görə, vilayətin hadisə Pozantı rayon Polis İdarəsində qeydə alınıb. PKK terrorçuları idarəyə soxulmağa cəhd ediblər və polis onların silahlı hücumuna qarşılıq verib. Atışma zamanı 2 polis şəhid olub, 2 terrorçu öldürülüb, 2-si isə hadisə yerindən qaçıb.
Öldürülən terrorçulardan birinin üzərindən partlayıcı qurğu aşkarlanıb. Onun Polis İdarəsinə soxularaq, orada özünü partlatmaq istədiyi bildirilir. Hadisə yerinə çağırılan mütəxəssislər partlayıcı qurğunu zərərsizləşdiriblər.
banner

Oxşar Xəbərlər