• çərşənbə axşamı, 19 mart, 14:43
  • Baku Bakı 8°C

Türkiyədə növbədənkənar parlament seçkilərində səslərin 72 faizi sayılıb

24.06.18 21:49 338
Türkiyədə növbədənkənar parlament seçkilərində səslərin 72 faizi sayılıb
Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 72 faizi sayılıb.
APA-nın məlumatına görə, sayılan səslərə əsasən, "Cümhur ittifaqı” bloku 55,74%, "Millət ittifaqı” 32,84%, Xalqların Demokratik Partiyası isə (HDP) 10,12faiz səs toplayıb.
Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası parlament seçkilərinə birgə blokda – "Cümhur ittifaqın”da qatılıb, Böyük Birlik Partiyasının (BBP) namizədləri isə "Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə "Millət ittifaqı”nda qatılıb.
banner

Oxşar Xəbərlər