• cümə axşamı, 28 mart, 17:43
  • Baku Bakı 16°C

Türkiyədə Montrö sazişi ilə bağlı bəyanatı imzalayan 14 admiral saxlanılıb

05.04.21 10:50 556
Türkiyədə Montrö sazişi ilə bağlı bəyanatı imzalayan 14 admiral saxlanılıb
"Montrö Boğazları Sazişi” ilə əlaqədar bəyanata imza atan təqaüddə olan 14 admiral hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, onlar barəsində Ankara Prokurorluğunda araşdırma aparılır.
10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 4 nəfər isə polis nəzarətinə verilib.
Admirallar zor tətbiq etməklə konstitusiyanı quruluşunu dəyişməkdə ittiham olunurlar.
Həbs edilən yüksək rütbəli hərbçilər bunlardır: Ergun Mengi, Atilla Kezek, Alaettin Sevim, Ramazan Cem Gürdeniz, Nadir Hakan Eraydın, Bülent Olcay, Kadir Sağdıç, Türker Ertürk, Turgay Erdağ ve Ali Sadi Ünsal.
Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə İstanbul kanalı layihəsi reallaşarsa, 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanmış sazişin pozulması ilə bağlı fikirlər yer almaqdadır. Bu saziş Türkiyəyə Qara dənizlə sərhəd olmayan ölkələrin gəmilərinin İstanbul və Çanaqqala boğazı üzərindən keçməsinə nəzarət etməkhüququ verir. 103 istefada olan hərbçinin yaydığı bəyanatda "Montrö sazişi”nin pozulması təhlükəsi ilə əlaqədar etiraz əksini tapıb.

banner

Oxşar Xəbərlər