Türkiyədə korrupsiya qalmaqalı: iki nazir istefa verdi - Yenilənib

Türkiyədə korrupsiya qalmaqalı: iki nazir istefa verdi - Yenilənib

Təfsilat
25 Dekabr 2013, 09:37 716
11:37

Türkiyədə adı korrupsiya qalmaqalında hallanan daha bir nazir istefaya gedib.

APA-nın xəbərinə görə, iqtisadiyyat naziri Zəfər Çağlayandan sonra daxili işlər naziri Müəmmər Gülər də istefa verib.

Xatırladaq ki, M. Gülərin oğlu Barış Gülər dekabrın 17-də İstanbul polisinin keçirdiyi rüşvət və korrupsiya əməliyyatı zamanı həbs edilib. Məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçib.

11:14

Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan vəzifəsindən istefa verib.

APA-nın xəbərinə görə, adı korrupsiya qalmaqalında hallanan Z. Çağlayan bu gün istefa vermək qərarına gəlib.

Xatırladaq ki, Z. Çağlayanın oğlu Salih Kaan Çağlayan dekabrın 17-də İstanbul polisinin keçirdiyi rüşvət və korrupsiya əməliyyatı zamanı həbs edilib. Məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçib.