• cümə, 29 Mart, 04:01
  • Baku Bakı 7°C

Türkiyədə koalisiya hökuməti ilə bağlı son görüş keçirilib

15.07.15 17:02 1228
Türkiyədə koalisiya hökuməti ilə bağlı son görüş keçirilib
Bu gün Türkiyədə yeni hökumətin qurulması ilə bağlı növbəti koalisiya görüşü keçirilib.
Lent.az-ın “sözcü.com.tr”yə istinadən xəbərinə görə, budəfəki görüş AKP sədri, baş nazir Əhməd Davudoğlu ilə Xalqların Demokratik Partiyasının (HDP) rəsmiləri arasında baş tutub.
1 saat 58 dəqiqə davam edən görüşdə AKP tərəfdən daxili işlər naziri Əfqan Ala, baş nazirin müavini Yalçın Akdoğan, kənd təsərrüfatı naziri Mehdi Əkər, Adnan Boynukara və Zəhra Taşkesenlioğlu iştirak edib.
HDP-ni isə həmsədrlər Səlahaddin Demirtaş və Figən Yüksəkdağla yanaşı, İdris Balukən, Pərvin Buldan, Sırrı Sürəyya Öndər və Zeynəb Karaman təmsil edib.
banner

Oxşar Xəbərlər