• cümə axşamı, 28 mart, 15:49
  • Baku Bakı 16°C

Türkiyədə keçiriləcək referendumla bağlı Bakı, Naxçıvan və Gəncədə səsvermə məntəqələri açılacaq

27.03.17 13:30 711
Türkiyədə keçiriləcək referendumla bağlı Bakı, Naxçıvan və Gəncədə səsvermə məntəqələri açılacaq
Türkiyədə aprelin 16-da keçiriləcək referendumla bağlı Azərbaycanda yaşayan Türkiyə vətəndaşları aprelin 9-da səs verəcəklər.
Türkiyənin Azərbaycandakı səfirliyindənAPA-ya verilən məlumata görə, bu məqsədlə səfirlikdə, Gəncə və Naxçıvandakı baş konsulluqlarda seçki məntəqəsi açılacaq. Məntəqələr saat 09:00-21:00 arası fəaliyyət göstərəcək.
Azərbaycanda 6 mindən çox Türkiyə vətəndaşı yaşayır.
Xatırladaq ki, aprelin 16-da Türkiyədə keçiriləcək referendumda xalq Konstitusiya dəyişikliyi təkliflərinə münasibətini bildirəcək.
banner

Oxşar Xəbərlər