• şənbə, 20 Aprel, 09:09
  • Baku Bakı 14°C

Türkiyədə hərbi konvoya hücum olub, ölən və yaralanan var

31.08.16 20:51 1099
Türkiyədə hərbi konvoya hücum olub, ölən və yaralanan var

Türkiyənin Hakkari vilayətində hərbi konvoya hücum olub.

APA-nın "Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, insident Hakkari- Çukurca yolunun 20-cu kilometrliyində baş verib.

Məlumata görə, PKK terrorçuları əvvəlcədən basdırdıqları əldəqayırma partlayıcı qurğuları konvoy yoldan keçərkən işə salıblar. Partlayış nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

Ölən və yaralanan şəxs Hakkari Dövlət Xəstəxanasına aparılıblar.
banner

Oxşar Xəbərlər