• cümə, 29 Mart, 12:27
  • Baku Bakı 14°C

Türkiyədə hakim və prokurorların beşdə biri işdən çıxarılıb, onların həbsinə başlanıb

18.07.16 12:08 722
Türkiyədə hakim və prokurorların beşdə biri işdən çıxarılıb, onların həbsinə başlanıb
Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi ilə əlaqədar 2745 hakim və prokuror vəzifədən çıxarılıb.
APA-nın "Sözcü” qəzetinə istinadən verdiyi xəbərə görə, işdən uzaqlaşdırılanların həbsinə başlanıb.
Həbs olunan hakim və prokurorların sayının 3 minə çatacağı bildirilir. Bu miqdar Türkiyədəki hakim və prokurorların beşdə birini təşkil edir.
Türkiyə Hakimlər və Prokurorlar Ali Şurasının məlumatına əsasən ölkədə 10 min 72 hakim və 4 min 921 prokuror var.
banner

Oxşar Xəbərlər