Türkiyədə günün ikinci terroru: 4 şəhid, 7 yaralı
PKK terrorçuları Türkiyədə növbəti terror aktı törədiblər.
APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün saat 14:00 radələrində Bitlis rayonunun Hizan qəsəbəsinə bağlı Qayda kəndi yaxınlığında yola basdırılmış partlayıcı qurğu hərbi maşın keçərkən partladılıb.
İlkin məlumatlara görə, 3 əsgər və 1 qoruyucu şəhid ölüb, 6 əsgər yaralanıb.