• cümə axşamı, 25 aprel, 15:47
  • Baku Bakı 23°C

Türkiyədə fövqəladə rejim ləğv olundu

19.07.18 19:22 690
Türkiyədə fövqəladə rejim ləğv olundu
İki il öncə qardaş Türkiyədə milyonlarla vәtәndaş qanı bahasına dövlət çevrlişişinin qarşısını almağa müvəffəq oldu. Müxtəlif siyasi partiyalar, fərqli düşüncә vә baxışlara mәnsub vәtәndaşlar birlikdə mübarizə apararaq çevriliş cәhdinin qarşısını almağa müvəffəq oldu. Sözsüz ki, Türkiyə 15 iyul dövlət çevrilişi cəhdinin şokundan özünə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi, Türkiyə xalqının demokratiyaya olan bağlılığı və ölkә qurumlarının gücü sayəsində gәldi.Bir faktı da qeyd etmək yerinə düşər ki, həmin günlərdə Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstəyini ifadə edib. Bu faktı bu günlərdə çevrilişin ikinci ildönümündə prezident Ərdoğan da xatırladıb. Bəlli olduğu kimi, uğursuz çevriliş cәhdindәnqısa müddət sonra baş verənləri bütün ayrıntıları ilә ortaya qoymaq və Türkiyə demokratiyasına yönəlik mümkün hücumların qarşısını almaq üçün ölkədə fövqəladə vәziyyәt elan edildi. Fövqәladә vәziyyәt rejimi, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın 24 iyunda keçirilәn növbәdәnkәnar seçkilәr әrәfәsindәki çıxışlarında söz verdiyi kimi, iyulun 19-da lәğv olunub."Anadolu” agentliyinin verdiyi məlumata görə, fövqəladə vəziyyət rejimi cümə axşamı yerli vaxtla saat 01.00-da başa çatıb. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib ki, terror təhlükəsi yaranarsa, fövqəladə vəziyyət rejimi bərpa edilə bilər. Normal olaraq üç ay davam edən bu rejimin müddəti parlament tərəfindən yeddi dəfə uzadılmışdı.Hökumət müddətin 8-ci dəfə uzadılması üçün müraciət etmədiyindən artıq çərşənbə günü axşam 10-da rejim qaldırılmış sayılıb.
Yeri gəlmişkən, föqəladə rejimin ləğvi qərarının ardınca hökumət dünən parlamentə yeni layihə təqdim edib. Bu qanun layihəsi isə müxalifəti qəzəbləndirib. Onların qənaətincə, layihə fövqəladə rejimin bəzi sərt tərəflərinin formallaşdırılmasını nəzərdə tutur. Hökumətyönümlü medianın "antiterror” qanunu adlandırdığı bu sənəd dünən komissiya səviyyəsində müzakirə olunub, iyulun 23-də isə plenar iclasda müzakirə olunacaq. "Bu layihədə nəzərdə tutulmuş tədbirlərlə fövqəladə vəziyyət üç aylığa deyil, üç illiyə uzadılacaq. Elə görünə bilər ki, fövqəladə rejimi qaldırırlar, amma faktiki olaraq, onu davam etdirirlər”, - deyə müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyasının rəhbəriOzgur Ozelbelə deyib. Layihəyə görə, hakimiyyət "terror” qruplarına bağlı hesab etdiyi dövlət qulluqçularını işdən çıxarmaq səlahiyyətini üç il ərzində saxlayır. Elə fövqəladə rejimin əsas üstünlüyü də bu idi. Gün batandan sonra açıq ictimai yerlərdə etirazlar və toplantılar yasaqlanır, amma ictimai asayişə təhlükə yaratmayacağı halda, onlara gecə yarısınadək icazə verilə bilər. Yerli hakimiyyət fərdlərin müəyyən ərazilərə giriş-çıxışını 15 gün ərzində yasaqlaya biləcək. Bundan başqa, çoxsaylı ittihamlar halında şübhəli 48 saat, yaxud dörd gün ittihamsız saxlanıla biləcək. Dəlil yığmaqda çətinlik varsa, bu müddət iki dəfə uzadıla bilər. "Amnesty International”ın Avropa üzrə direktor müaviniFotis Filippounun dediyinə görə, bu qanun qüvvəyə minərsə, fövqəladə vəziyyətin şərtlərinin çoxu qüvvədə qalacaq.
Lakin hökumət əks fikirdədir. Məsələn, ədliyyə naziriƏbdülhəmid Güldeyib ki, "fövqəladə vəziyyətin bitməsi bizim terrorlar mübarizəmizin sona çatması demək deyil”.
Xatırladaq ki, çevrilişin yaşandığı gündən bəri ölkədə onun iştirakçıları, bütövlükdə FETÖ tərəfdarlarına qarşı irimiqyaslı əməliyyatlar aparıldı. 29 general, 2389 hərbçi və əsgər həbs edildi, saxlanılanlar arasında hətta prezident Rəcəb Tayyib Ərdoğanın hərbi müşaviri də var.
Qiyamçılardan 8 nəfər hərbi helikopterlə Yunanıstana qaçdı, eyni zamanda Ankara Baş Prokurorluğu 2745 nəfər hakim və prokurorun saxlanılması barədə sanksiya verib. Həbs olunanlar arasında Konstitusiya Məhkəməsinin iki üzvü də olub. Bütövlükdə hadisələr nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb. Fövqəladə rejim dövründə 80 min nəfərin saxlandığı, bundan iki dəfə artıq dövlət qulluqçusunun işdən çıxarıldığı bildirilir. Onu da qeyd edək ki, Türkiyənin müasir tarixində ən böyük təmizləmə Fətullah Güləntərəfdarları ilə yanaşı, kürd separatçıları da hədəfə alındı, çoxsaylı antiterror əməliyyatları keçirildi. Kürd separatçılarına birbaşa dəstək verən HPD-nin həmsədri Səlahəddin Demirtaş və digərləri həbsə atıldı və əməliyyatlar bu gün də davam edir. Məsələn, ötən gün Hakkari şәhәrindә terror tәşkilatı PKK-ya qarşı irimiqyaslı әmәliyyat keçirilib. Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri ilə ABŞ-ın hərbi bölmələri Suriyanın Münbiç bölgəsində 16-cımüstәqil nәzarәt fәaliyyәtlәrinә başlayıb. Mәlumatda‘‘Fәrat Qalxanı’’ әmәliyyatının keçirildiyi bölgә ilәMünbiç arasında qalan xәtdә Türkiyә Silahlı Qüvvәlәri ilә ABŞ hәrbi bölmәlәrinin 16-cımüstәqil nәzarәt fәaliyyәtlәrinә başladığı bildirilib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər