• cümə axşamı, 18 aprel, 05:48
  • Baku Bakı 15°C

Türkiyədə FETÖ ilə əlaqəsi olmaqda ittiham edilən 37 minədək şəxs həbs olunub

23.11.16 09:49 720
Türkiyədə FETÖ ilə əlaqəsi olmaqda ittiham edilən 37 minədək şəxs həbs olunub
Türkiyədə FETÖ ilə əlaqəsi olmaqda ittiham edilən 36951 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdaq bildirib.
"FETÖ ilə əlaqəsi olmaqda şübhəli bilinən 92607 barəsində istintaq tədbirləri aparılıb, 36951 nəfər həbs edilib”, - deyə Bozdaq bildirib.
Qeyd edək ki, iyulun 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Toqquşmalarda 240-dan çox şəxs ölüb, 2 mindən çoxu yaralanıb.
banner

Oxşar Xəbərlər