• çərşənbə, 24 Aprel, 02:25
  • Baku Bakı 14°C

Türkiyədə ev alan Azərbaycan vətəndaşlarının sayı azalıb

25.10.16 14:10 1047
Türkiyədə ev alan Azərbaycan vətəndaşlarının sayı azalıb
Bu ilin sentyabr ayında xarici ölkə vətəndaşları Türkiyədən 1299 mənzil alıb. "APA-Economics" xəbər verir ki, bu barədə Türkiyə Statistika Müəssisəsi məlumat yayıb.

Rəqəmlərin müqayisəsi göstərir ki, ötən ilin sentyabr ayı ilə müqayisədə ötən ay Türkiyədə ev alan əcnəbilərin sayı 27,23% azalıb.
Məlumata əsasən, Türkiyədə ev alan əcnəbilər arasındaİraq, Səudiyyə Ərəbistanı, Rusiya, Küveyt, İngiltərə, Əfqanıstan, Almaniya, İran, Ukrayna və Azərbaycan vətəndaşları üstünlük təşkil edib. Belə ki,İraqvətəndaşları Türkiyədən 230, Səudiyyə Ərəbistanı vətəndaşları 140, Rusiya vətəndaşları 99, Küveyt vətəndaşları 85, İngiltərə vətəndaşları 84, Əfqanıstan vətəndaşları 64, Almaniya vətəndaşları 61, İran 42, Ukrayna 42 mənzil alıb.
Türkiyədən ev alanların siyahısında 14-cü yerdə Azərbaycan qərarlaşıb. Sentyabr ayında həmvətənlərimiz qardaş ölkədən 37 mənzil alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,93% azdır. Ümumiyyətlə bu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 465 mənzilə sahiblik hüququ əldə edib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 103 mənzil və ya 18,13% azdır.
banner

Oxşar Xəbərlər