AZE | RUS | ENG |

Türkiyədə erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribat pislənilib

Türkiyədə erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribat pislənilib
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası erməni hərbçilərinin təsərrüfat işləri ilə məşğul olan dinc sakinləri hədəfə alması ilə bağlı etiraz bəyanatı yayıb.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
Məlumata görə, bəyanatda bildirilir ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinin sakini Rahim Hacıyevin təsərrüfat işləri ilə məşğul olarkən erməni hərbçilərinin açdığı atəş nəticəsində yaralanması Ermənistan ordusunun dinc sakinlərə qarşı törətdiyi növbəti cinayətdir:
 
"Həmişə olduğu kimi, bu dəfə də erməni silahlılarının azğınlaşması onların sabitliyi pozmağa cəhd göstərmələri ilə bağlıdır. Yerevanda siyasi iğtişaşların alovlandığı bir ərəfədə işğalçı dövlət bu yolla diqqəti cəbhə bölgəsinə yönəltməyə çalışır".
Federasiyanın bəyanatında, həmçinin qeyd edilir ki, işğal olunmuş Azərbaycan torpaqlarında, başda Xocalı faciəsi olmaqla əlləri dinc insanların qanına batmış erməni terrorçuları yenə də cinayətkar fəaliyyətlərini davam etdirir. Türkiyədə yaşayan bütün soydaşlarımız düşmənin bu təxribatçı və cinayətkar əməlini kəskin şəkildə pisləyir.
 
Xatırladaq ki, aprel 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinin sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanıb. Qoşunların təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biri olan Yuxarı Qiyaməddinli kəndini Ermənistan silahlı birləşmələri 1993-cü və 1994-cü illərdə iki dəfə işğal etsə də, sonradan Azərbaycan Ordusu tərəfindən azad olunub. Lakin düşmən kəndi tərk edərkən evləri yandırıb, hər tərəfə mina basdırıb. Doğma yurdlarına qayıdan kənd sakinləri həm ermənilərin basdırdığı minalardan, həm də atəşkəsin tez-tez pozulmasından əziyyət çəkirlər.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6545
GBP 1 İngilis funt sterlinqi 2.1703
TRY 1 Türk lirəsi 0.2459
KWD 1 Küveyt dinarı 5.6031
SEK 1 İsveç kronu 0.1864
EUR 1 Avro 1.9383
CHF 1 İsveçrə frankı 1.7097
USD 1 ABŞ dolları 1.7000