Türkiyədə dəyəri 2,5 milyon dollar olan “Tövrat” ələ keçirilib
Türkiyənin Bursa şəhərində polis əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində qədim "Tövrat” kitabı ələ keçirilib.
AZƏRTACxəbər verir ki, ceyran dərisi üzərində yazılmış kitab 2,5 milyon dollar dəyərində qiymətləndirilib.
Dini əsər satılmaq üzrə olarkən ələ keçirilib.
Faktla bağlı bir nəfər saxlanılıb.