• cümə axşamı, 18 aprel, 12:21
  • Baku Bakı 22°C

Türkiyədə dəhşətli qəza: 15 ölü

06.07.15 11:10 1344
Türkiyədə dəhşətli qəza: 15 ölü
Türkiyənin Manisa vilayəti ərazisində dəhşətli yol qəzası baş verib.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu gün səhər yerli vaxtla saat 05.30-da Manisanın Gölmarmara rayonunun Hacivəlilər kəndi yaxınlığında kənd təsərrüfatı işçilərini daşıyan və yük yeri açıq olan yük avtomobili TIR-la toqquşub. Nəticədə 15 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti qadınlardır.
Hadisə yerinə təcili yardım və cənazə daşıyan maşınlar göndərilib. Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər