Türkiyədə dəhşətli avtobus qəzası: 19 ölü, 21 yaralı
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, avtobus naməlum səbəbdən dərəyə yuvarlanıb. Nəticədə 19 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Hadisə yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürən maşınlar və xilasedici qrup göndərilib. Yaralılar Pınarbaşı və Kayseri xəstəxanalarına çatdırılıb.